““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA

Hazırda oxunan: ““Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan AÇIQLAMA
272079
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur futbol mütəxəssisi Joze Mourinyo “Benfika”nın baş məşqçisi təyin olunmasını şərh edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Portuqaliyanın “A Bola” nəşrinə geniş müsahibəsində bildirib.

Mourinyo deyib:

“Dörd-altı il əvvəl mənimlə ‘Benfika’ əlaqə saxlamışdı, amma onda işim vardı deyə heç nə alınmadı. Bu yay isə ümumiyyətlə, klubla heç bir təmasım olmamışdı. Heç kimlə. “Fənərbaxça” ilə müqaviləm var idi və onu sona qədər yerinə yetirmək fikrindəydim. Portuqaliyaya klub məşqçisi kimi qayıtmaq barədə heç düşünmürdüm. Həmişə hesab edirdim ki, Roberto Martínez 2026-cı il dünya çempionatını qazana bilər, sonra da şərəflə ayrılmaq istəyəcək və həmin vaxt mən gələcəyəm”.

Mourinyo bu təyinatının “Benfika”nın Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən (2:3) sonra baş tutmasına da toxunub:

“Benfika”a "Qarabağ’a oyunu uduzduğu gün mən xanımımla birlikdə Barselonada idim. Ertəsi mənə birbaşa prezidentin özü zəng edərək dedi: “Cənab, danışa bilərikmi? Mən “Benfika”da işləyə biləcək bir baş məşqçi görmək istərdim””. Mən də cavab verdim ki, günün sonunda Portuqaliyaya gələcəyəm və danışarıq. Bütün hekayə bundan ibarətdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO