Ərdəbil Azərbaycandan gələn turistləri qəbul etməyə hazırlaşır – VİDEO

Ərdəbil Azərbaycandan gələn turistləri qəbul etməyə hazırlaşır – VİDEO

Hazırda oxunan: Ərdəbil Azərbaycandan gələn turistləri qəbul etməyə hazırlaşır – VİDEO
265205
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ərdəbil əyalətinin, xüsusilə Səreyn şəhərinin turizm potensialından səmərəli istifadə etmək üçün xarici turistlərin, xüsusən də Azərbaycandan gələnlərin bölgəyə cəlb edilməsi vacibdir.

Bizim.Media xəbər verir ki, bunu Səreyn Şəhər Şurasının sədri Cəfər Bəzri bildirib.

Onun sözlərinə görə, İran prezidentinin səfərindan sonra Biləsavar sərhəd-keçid məntəqəsindən Azərbaycanla quru sərhədin açılması üçün şərait yaradılacağına ümid edilir.

Bəzri vurğulayıb ki, pandemiyadan əvvəl əyalətə 2 milyonadək turist, o cümlədən Azərbaycan vətəndaşları səfər edib.

O, əlavə edib ki, son aylarda müharibə şəraiti və bəzi digər hadisələr turistlərin sayında azalmaya səbəb olub. Lakin Məhərrəm ayının bitməsi ilə turizm və istirahət mərkəzlərində canlanma gözlənilir.

Bəzri bildirib ki, turizm sənayesinə dəstək üçün xüsusi paket hazırlanır, infrastrukturun inkişafı – dörd və beşulduzlu mehmanxanaların tikintisi və investorların cəlb edilməsi – əsas prioritetlərdəndir. (Tasnim)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO