Bu gün Premyer Liqada XXI turun daha iki oyunu KEÇİRİLƏCƏK

Bu gün Premyer Liqada XXI turun daha iki oyunu KEÇİRİLƏCƏK

Hazırda oxunan: Bu gün Premyer Liqada XXI turun daha iki oyunu KEÇİRİLƏCƏK
232729
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Misli Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, ilk olaraq "Turan Tovuz" autsayder "Səbail"i sınağa çəkəcək.
Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.
 

Ardınca isə "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da start götürəcək.


Turnir cədvəlində "Araz-Naxçıvan" 42 xalla ikinci, "Turan Tovuz" 35 xalla dördüncü sırada yer alıb. 21 xalı olan "Sumqayıt" altıncı, 15 xala malik "Səbail" isə sonuncu - onuncudur.

Misli Premyer Liqası

III dövrə, XXI tur

1 fevral

16:00. “Turan Tovuz” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Tovuz şəhər stadionu.

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO