"Qəbələ"dən 20:0 hesablı QƏLƏBƏ

"Qəbələ"dən 20:0 hesablı QƏLƏBƏ

Hazırda oxunan: "Qəbələ"dən 20:0 hesablı QƏLƏBƏ
221658
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

1-с Liqanın 8-ci turunun hazırlığını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.

Bizim.Media xəbər verir ki, “qırmızı-qaralar” Ağcabədinin “Olimpiya” komandası ilə üz-üzə gəlib. 

Region Liqası təmsilçisi ilə matç Qəbələ şəhər stadionunda keçirilib.

Görüş Kaxaber Tsxadadzenin komandasının tam üstünlüyü ilə keçib. İlk 45 dəqiqədə doqquz qol vuran “Qəbələ” fasilədən sonra daha 11 qol vurub və yekunda 20:0 hesabı ilə qalib gəlib.
 

"Qəbələ"nin heyətində Elşad Tağıyev 4, Rəvan Əsədov 3, Oçe Oçoveçi, Ruslan Voronsov və Prins Ovusu hərəyə 2 qola imza atıblar. Nugay Rəşidov, Nicat Əliyev, Şahin Şahniyarov, Murad Musayev, Vüqar Həsənov, Abdullahi Şuaybu və Samir Həsənov hərəyə bir dəfə fərqləniblər.


Qeyd edək ki, “Qəbələ” bu gün yoxlama oyununda “Zaqatala” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO