Dünyanın ən bahalı rəsmi ilə bağlı ŞOK iddia - Müəllif Da Vinçi deyil?

Dünyanın ən bahalı rəsmi ilə bağlı ŞOK iddia - Müəllif Da Vinçi deyil?

Hazırda oxunan: Dünyanın ən bahalı rəsmi ilə bağlı ŞOK iddia - Müəllif Da Vinçi deyil?
645288
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Braziliyanın “Luminari” süni intellekt sistemi Leonardo da Vinçinin əsəri hesab edilən “Dünyanın xilaskarı” (“Salvator Mundi”) tablosunun həqiqi müəllifinin kimliyini şübhə altına alıb.

Bizim.Media xəbər verir ki, “Martin Cid” portalının dərc etdiyi təhlilə əsasən, süni intellekt əsərin Leonardo da Vinçinin özü tərəfindən deyil, onun tələbəsi Covanni Antonio Boltraffio tərəfindən çəkildiyini 81 faiz ehtimalla qiymətləndirib.

Lakin sistemin bu nəticəyə hansı metodla gəldiyi açıqlanmayıb. Buna görə də ekspertlər 81 faizlik göstəricinin müəllifliyi sübut edən fakt kimi qəbul edilməməli olduğunu bildirirlər.

Süni intellekt sahəsində fəaliyyət göstərən sahibkar Volfqanq Royter bu göstəricini yalnız dolayı sübut hesab edir. Leonardo da Vinçinin yaradıcılığını yaxşı bilən sənətşünas Frank Tselner isə neyron şəbəkələrin köməyi ilə aparılan ciddi təhlillərin faydalı ola biləcəyini, lakin müəlliflik mübahisəsinə son qoya bilməyəcəyini qeyd edib.

Tablonun tarixçəsi də kifayət qədər maraqlıdır. 2005-ci ildə ciddi zədələnmiş əsər Nyu-Yorkda keçirilən regional hərracda cəmi 1175 dollara alınıb. Bərpa işlərindən sonra onun Leonardo da Vinçiyə məxsus olduğu irəli sürülüb. Bununla belə, bəzi mütəxəssislər tablonun rəssamın emalatxanasında və ya əsasən onun tələbələri tərəfindən çəkildiyini düşünürlər.

2017-ci ildə isə əsər “Christie's” hərracında rekord qiymətə – 450,3 milyon dollara satılıb.

Alıcının Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman olduğu ehtimal edilir.
Həmin vaxtdan etibarən tablo ictimaiyyətə nümayiş etdirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO