
- A-
- A
- A+
Ədviyyatlardan dünyanın ən böyük rəsmini hazırladı
Hindistanlı rəssam Amar Kale ədviyyatlardan istifadə edərək dünyanın ən böyük rəsmini yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ginnesin Rekordlar Kitabı” məlumat yayıb. Əsərin sahəsi 175,82 kvadratmetr təşkil edir.
Rəsm yanvar ayında Hindistanın Dharvad şəhərində hazırlanıb. Amar Kale əsərin yaradılması üçün təxminən 5 kiloqram çili bibəri tozu və 6 kiloqram sarıkök istifadə edib. Rəssamın işi tamamlamaq üçün 10 saata yaxın vaxtı gedib.
Kale bildirib ki, bu əsəri yaratmaqda məqsədi Hindistanın Karnataka ştatının zəngin mədəniyyətini, irsini, incəsənətini və memarlığını dünyaya tanıtmaq olub.
Rəssam gündəlik mətbəxdə istifadə olunan ədviyyatları xüsusi olaraq seçib. O, iki rəngdən istifadə etməklə Karnataka ştatının konturunu və Hampi şəhərində yerləşən məşhur daş arabanın təsvirini yaradıb.
Qeyd edək ki, Kale 2021-ci ildə də “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Həmin vaxt o, bir dəqiqə ərzində 98 əl izi çəkərək rekorda imza atıb. Bundan başqa, rəssam ağızla çəkilmiş dünyanın ən böyük rəsminin də müəllifidir. (axsam.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































