Nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər- G20-də qalmaqal - Video

Nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər- G20-də qalmaqal - Video

Hazırda oxunan: Nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər- G20-də qalmaqal - Video
0:00 / 0:00
645203
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-nin Atlanta şəhərində keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində nəzərdə tutulan birgə fotosessiya ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Nəşrin məlumatına görə, bir sıra ölkələrin nümayəndələri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birlikdə foto çəkdirməkdən imtina ediblər.

Bu mövqeni bildirənlər arasında Almaniyanın xarici işlər naziri İohann Vadeful da olub. O, Rusiya ilə münasibətlərdə hər şeyin əvvəlki qaydada davam edə bilməyəcəyini vurğulayıb.

“Biz ziddiyyətləri danışıqlar masası arxasında müzakirə etməliyik. Buna görə də bu görüş vacibdir. Lakin eyni zamanda yanlış vizual mesajların yaranmasından qaçmalıyıq”, – deyə almaniyalı nazir bildirib.

Qeyd edək ki, G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü oktyabrın 30-31-də ABŞ-nin Atlanta şəhərində keçirilir.

Müzakirələrin əsas mövzularını Ukrayna və Yaxın Şərqdəki müharibələr təşkil edir. Görüş dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 liderlərinin sammitinə hazırlıq mərhələsinin mühüm hissəsidir.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO