Fəxri adlara görə Prezident təqaüdü alanların SAYI açıqlandı

Fəxri adlara görə Prezident təqaüdü alanların SAYI açıqlandı

Hazırda oxunan: Fəxri adlara görə Prezident təqaüdü alanların SAYI açıqlandı
221539
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda fəxri adlara görə Prezident təqaüdü alanların ən son statistikası açıqlanıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə 399 993 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib.

Qeyd edək ki, iyulun 1-dək bu rəqəm 397 420 nəfər idi.
 

Göründüyü kimi, üç ay ərzində Prezident təqaüdü alanların sayında xeyli artım baş verib.


Prezident təqaüdü təyin edilənlərdən 4 791 nəfəri fəxri adlara görə təqaüd alan şəxlərdir.

Belə ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə 252 nəfər “Xalq” fəxri adına görə, 4 539 nəfər “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır.

"Xalq" fəxri adına görə ayda 200 manat, “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO