İrlandiyanın Baş naziri Azərbaycanın Avropa üçün əhəmiyyətindən danışdı - Video

İrlandiyanın Baş naziri Azərbaycanın Avropa üçün əhəmiyyətindən danışdı - Video

Hazırda oxunan: İrlandiyanın Baş naziri Azərbaycanın Avropa üçün əhəmiyyətindən danışdı - Video
647433
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın Avropa Siyasi Birliyində iştirakı əməkdaşlığın, xüsusilə enerji təchizatı və bütövlükdə Avropa qitəsinin təhlükəsizliyinin təmin olunması sahələrində konkret nəticələr verə biləcəyinin nümunəsidir”.

Bizim.Media xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Mixol Martin Azərbaycan mediasına açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanın Avropa Siyasi Birliyində iştirakı həm qitənin iqtisadi təhlükəsizliyi, həm də hibrid təhdidlər kontekstində təchizat və digər sahələr üzrə əhəmiyyətli nəticələr verib.

Baş nazirin sözlərinə görə, enerji sahəsində qarşılıqlı əlaqəlilik, texnoloji əməkdaşlıq və insanlar arasında təmaslar Avropa ölkələri ilə onların tərəfdaşları arasında daha sıx koordinasiya tələb edən əsas istiqamətlərdəndir.

Mixol Martin vurğulayıb ki, əlçatan enerji resursları ilə təchizatın təmin edilməsi, kritik infrastrukturun qorunması, eləcə də kritik əhəmiyyətli xammal növləri və nadir torpaq minerallarına çıxışın təmin olunması üçün beynəlxalq əməkdaşlıq vacibdir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO