“Ankaradakı terror aktından sonra 213 terrorçu məhv edilib” - Ərdoğan

“Ankaradakı terror aktından sonra 213 terrorçu məhv edilib” - Ərdoğan

Hazırda oxunan: “Ankaradakı terror aktından sonra 213 terrorçu məhv edilib” - Ərdoğan
218221
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 23-də Ankarada törədilən  terror  aktından sonra 213 terrorçu məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 

“470-dən çox nöqtə hədəf alındı. Məsul cinayətkarlar da daxil olmaqla ümumilikdə 213 terrorçu məhv edilib.


Türkiyə Silahlı Qüvvələrimiz və MİT şəhidlərimizin qanını yerdə qoymadı. Terror təşkilatlarına komandanlıq edərək ölkəmizin gündəmini müəyyənləşdirməyə çalışanları da məyus edəcəyik.

Türkiyəyə xəyanət edənlərin aqibəti pis olacaq”, - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, ötən həftə Ankarada TUSAŞ-ın istehsal zavoduna terror hücumu olub. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO