Konfrans Liqası: Klublarımızın potensial rəqibləri bilindi

Konfrans Liqası: Klublarımızın potensial rəqibləri bilindi

Hazırda oxunan: Konfrans Liqası: Klublarımızın potensial rəqibləri bilindi
203157
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Bizim.Media xəbər verir ki, püşkə əsasən Azərbaycan təmsilçilərinin də potensial rəqibləri müəyyənləşib.

"Sabah" II mərhələdə "Makkabi" (Hayfa, İsrail) səddini keçsə, növbəti raundda "Vaduts" (Lixtenşteyn) - "Sent-Patriks Atletik" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Zirə" II təsnifat mərhələsində "DAK-1904" klubunu (Slovakiya) mübarizədən kənarlaşdırsa, "Osiyek" (Xorvatiya) - "Levadiya" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sumqayıt"ın da III mərhələdəki rəqibi məlumdur. Samir Abasovun rəhbərlik etdiyi kollektiv "Fehervar"ı (Macarıstan) üstələyəcəyi təqdirdə, bu raundda "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibinə rəqib olacaq. Qeyd edək ki, Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO