“Zirə” Avropa Liqasında mübarizəni dayandırdı - VİDEO

“Zirə” Avropa Liqasında mübarizəni dayandırdı - VİDEO

Hazırda oxunan: “Zirə” Avropa Liqasında mübarizəni dayandırdı - VİDEO
202617
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” də növbəti sınağına məhz bu gün çıxıb.

Azərbaycan təmsilçisi Moldovanın “Şerif” komandasını qəbul edib. Bir həftə öncə Tiraspolda baş tutan səfər oyunundan qələbə ilə qayıtmış Rəşad Sadıqovun komandasına mərhələ adlamaq üçün doğma meydanda heç-heçə də sərf edirdi.

Qazaxıstandan olan hakimlərin idarə etdiyi matçın əsas vaxtında Moldova təmsilçisi 2:1 qalib gəlib. Ümumi hesab bərabər olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Amma əlavə vaxtda da hesab dəyişməz qalıb. Bu üzdən qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan “Şerif” növbəti mərhələyə yüksəlib. “Zirə” isə Avroliqa ilə vidalaşıb və mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Avropa Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

18 iyul

Zirə – Şerif 1:2 (penaltilər 4:5)

Qollar: Rafael Utziq, 5 – Əyyub Allaş, 54. Papa Ndiaqa Yade, 77.

Qırmızı vərəqə: Salifu Suma, 40.

Hakimlər: Bulat Sariyev, Denis Labaşov, Yuri Tixonyuk, Aydin Tassibayev (hamısı Qazaxıstan).

“Liv Bona Dea Arena”. Saat 20:00.

İlk oyun – 1:0.
 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO