Ramil Şeydayev “Neftçi”də nə qədər qazanacaq?

Ramil Şeydayev “Neftçi”də nə qədər qazanacaq?

Hazırda oxunan: Ramil Şeydayev “Neftçi”də nə qədər qazanacaq?
201995
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

«Kocaelispor»la müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verən Ramil Şeydayev «Neftçi»nin təklifini qəbul edib. Bu ilin əvvəlində 1,5 illik kontrakt bağladığı Türkiyə I Liqa klubunda qalmaq istəməyən hücumçu qarşıdakı iki mövsümü ağ-qara formada keçirəcək.

Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi millinin 28 yaşlı oyunçusuna kifayət qədər yüksək məbləğ ödəməyi öz üzərinə götürüb.

İllik rəqəm 550 min dollar civarındadır. Sonrakı sezonda isə bu rəqəm bir qədər də artırılacaq.

Razılaşmaya əsasən, forvard 2026-cı ili də «Neftçi»də keçirə bilər. Bu zaman son sözü Şeydayev deyəcək. Yəni ki, o, qalmaq istəsə, sözləşmə avtomatik 1 il uzadılacaq

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO