Avropa çempionatında bu gün 2 matç olacaq

Avropa çempionatında bu gün 2 matç olacaq

Hazırda oxunan: Avropa çempionatında bu gün 2 matç olacaq
198736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının B qrupunda bu gün mübarizəyə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu - III turda İspaniya millisi Albaniya ilə, İtaliya yığması isə Xorvatiya ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qrup liderliyini və 1/8 final mərhələsinə vəsiqəni ötən tur təmin edən ispaniyalılar üçün bugünkü qarşılaşma formal xarakter daşıyır. İtaliyalılar isə pley-offa qrup ikincisi kimi adlamaq üçün Xorvatiyaya uduzmamalıdır.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Avro-2024

B qrupu, III tur

24 iyun

23:00. Albaniya - İspaniya

23:00. Xorvatiya - İtaliya

Xal durumu: İspaniya - 6, İtaliya - 3, Albaniya - 1, Xorvatiya – 1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO