Mourinyo rəsmən “Fənərbaxça”nın baş məşqçisidir - FOTO

Mourinyo rəsmən “Fənərbaxça”nın baş məşqçisidir - FOTO

Hazırda oxunan: Mourinyo rəsmən “Fənərbaxça”nın baş məşqçisidir - FOTO
195373
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, İstanbul şəhərinin Kadıköy rayonunda yerləşən “Ülkər” stadionunda təşkil olunan imzalanma mərasimi azarkeşlərə açıq keçirilib.

61 yaşlı mütəxəssis tərəfdarlara səslənərək Türkiyə futbolu və liqasının inkişafına kömək etmək istədiyini bildirib:

"Burada 30 minə yaxın azarkeş var. Bu, o deməkdir ki, mən işimdə olduqca məsuliyyətli olmalıyam. Artıq özümü "Fənərbağça" ailəsinə aid hiss edirəm. Əsas məqsədim klubu inkişaf etdirməkdir. Bu andan etibarən sizin xəyallarınız mənim xəyallarımdır".
Qeyd edək ki, Joze Mourinyonun son iş yeri bu ilin yanvarında yollarını ayırdığı İtaliyanın “Roma” komandası olub.
 


Mourinyo rəsmən “Fənərbaxça”nın baş məşqçisidir - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO