İrəvan yenə qarışdı – SAXLANILANLAR VAR

İrəvan yenə qarışdı – SAXLANILANLAR VAR

Hazırda oxunan: İrəvan yenə qarışdı – SAXLANILANLAR VAR
18770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan Baş Prokurorluğunun binası qarşısında etiraz aksiyası davam edir. Aprelin 22-də axşam saatlarında polis əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşmalar olub.

Bizim.Media xəbər verir ki, toqquşma nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb.

Polis 14 nəfər aksiya iştirakçısını saxlayıb.

Hüquq mühafizə orqanları əməkdaşları Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı sabiq baş katibi və Ermənistanın keçmiş baş qərargah rəisi Yuri Xaçaturvun oğlu İqor Xaçaturovu da həbs etdikdən sonra vəziyyət daha da gərginləşib.

Onlar baş prokurorla görüşmək istəsələr də buna nail ola bilməyiblər. Baş prokurorun məzuniyyətdə olduğu bildirilib.

Aksiya iştirakçıları Baş Prokurorluğun binasına yumurta, dəmir əşyalar və boş su şüşələri atıblar. Məlumata görə, hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür.

Qeyd edək ki, aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər. Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO