Prezidentin köməkçisi Türkiyə rəsmilərinə Azərbaycana dəstəyə görə TƏŞƏKKÜR ETDİ - FOTO

Prezidentin köməkçisi Türkiyə rəsmilərinə Azərbaycana dəstəyə görə TƏŞƏKKÜR ETDİ - FOTO

Hazırda oxunan: Prezidentin köməkçisi Türkiyə rəsmilərinə Azərbaycana dəstəyə görə TƏŞƏKKÜR ETDİ - FOTO
175272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tutduğu qərəzli mövqe fonunda müdafiə edən Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə H. Hacıyev özünün “X” hesabında paylaşım edib.

“Dəyərli və əziz Qardaşım, Fəxrəddin Altun, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və Türkiyə Prezidenti Kommunikasiya İdarəsi olaraq heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Hikmət Hacıyev Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya isə müracət edərək yazıb:

“Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.

Qeyd edək ki, Mövlud Çavuşoğlu və Fəxrəddin Altun AŞPA-da ölkəmizə qarşı haqsızlığa qəti və birmənalı mövqe göstəriblər.

Prezidentin köməkçisi Türkiyə rəsmilərinə Azərbaycana dəstəyə görə TƏŞƏKKÜR ETDİ - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO