Xırdalanda ƏMƏLİYYAT – 13 kiloqram narkotik AŞKARLANDI – VİDEO 

Xırdalanda ƏMƏLİYYAT – 13 kiloqram narkotik AŞKARLANDI – VİDEO 

Hazırda oxunan: Xırdalanda ƏMƏLİYYAT – 13 kiloqram narkotik AŞKARLANDI – VİDEO 
169306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xırdalanda narkotiklərin satışı ilə məşğul olan Göyçay rayon sakinindən 13 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Göyçay rayon sakini 1976-cı il təvəllüdlü Rövşən İbrahimov saxlanılıb.

Onun üzərinə və idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 890 ədəd psixotrop tərkibli metadon həbi və 75 qram narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
R.İbrahimov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO