Antalyada havanın temperaturu 46 dərəcəyə çatdı

Hazırda oxunan: Antalyada havanın temperaturu 46 dərəcəyə çatdı

146525

Türkiyədə kəskin istilər Antalyaya da təsir edib. Belə ki, bölgədə havanın temperaturu müsbət 46 dərəcəyə çatıb.

Bizim.Media “Haber Global” televiziyasına istinadən xəbər verir ki, kəskin istilər həm şəhər sakinləri, həm də turistlərə çətin anlar yaşadıb.

Xüsusilə izdihamlı görünüşü ilə diqqət çəkən Konyaaltı çimərliyində sıxlığın az olduğu müşahidə edilib.

Bazar ertəsi də bölgədə havanın temperaturunun 40 dərəcədən yuxarı olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO