Nvidia rəhbəri bəşəriyyətin məhv olacağı ilə bağlı proqnozları "Qiyamət Günü ssenariləri" ADLANDIRDI

Nvidia rəhbəri bəşəriyyətin məhv olacağı ilə bağlı proqnozları "Qiyamət Günü ssenariləri" ADLANDIRDI

Hazırda oxunan: Nvidia rəhbəri bəşəriyyətin məhv olacağı ilə bağlı proqnozları "Qiyamət Günü ssenariləri" ADLANDIRDI

637760

Nvidia şirkətinin baş direktoru Censen Xuan süni intellektin (Sİ) inkişafının yaxın illərdə bəşəriyyətin məhvinə səbəb ola biləcəyi ilə bağlı proqnozları rədd edib.

Bizim.Media xəbər verir ki, "CBS News"ə müsahibə verən Xuan 2030-cu ilin dünyanın sonu olmayacağını bildirərək, bu cür qorxutmaların lazımsız və məsuliyyətsiz olduğunu qeyd edib.

O, sabiq tədqiqatçı Ceykob Koksonun bəşəriyyətin onilliyin sonuna qədər məhv ola biləcəyi ilə bağlı iddialarına cavab olaraq, bu proqnozların elmi əsasa malik olmadığını vurğulayıb.
 

Xuan yeni miqyaslı məhdudiyyətlərin tətbiqinin əleyhinə çıxaraq, mövcud Amerika qanunlarının Sİ ilə bağlı problemlərin həlli üçün kifayət etdiyini bildirib. O əlavə edib ki, Nvidia texnologiyanın təhlükəsiz tətbiqində birbaşa maraqlıdır.


ABŞ və Çin arasındakı texnoloji rəqabətə toxunan Nvidia rəhbəri sentyabrın 24-də Ağ Evdə Donald Trampın Çin Sədri Si Szinpin şərəfinə verəcəyi şam yeməyində iştirak edəcəyini və Si ilə qlobal Sİ standartlarının yaradılmasını müzakirə etmək istədiyini bildirib.

Milyarder həmçinin yüksək vergilər ödəməkdən qorxmadığını, milyardlarla dollar ödəmək imkanının "imtiyaz və məsuliyyət" olduğunu qeyd edib. "Bloomberg Billionaires Index"ə görə, onun sərvəti təxminən 182 milyard dollar qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO