“Fənərbaxça” rəqibini darmadağın etdi

“Fənərbaxça” rəqibini darmadağın etdi

Hazırda oxunan: “Fənərbaxça” rəqibini darmadağın etdi
637732
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Super Liqasının 6-cı həftəsində “Fənərbaxça” doğma meydanda “Eyüpspor”u böyük hesabla məğlub edib.

Bizim.Media  xəbər verir ki, Kadıköydə keçirilən qarşılaşmada “sarı-göy”lər rəqibinin qapısından 8 top keçirib.

Matç “Fənərbaxça”nın 8:0 hesablı qələbəsi ilə başa çatıb.
 

“Fənərbaxça” 5-ci dəqiqədə hesabı açıb. Penaltini dəqiq yerinə yetirən Meyson Qrinvud komandasını önə keçirib. 7-ci dəqiqədə Vedat Muriqi fərqi iki topa çatdırıb. 21-ci dəqiqədə isə Muriqi daha bir dəfə fərqlənərək hesabı 3:0 edib. 38-ci dəqiqədə Matteo Quendouzi “Fənərbaxça”nın dördüncü qolunu vurub. İlk hissənin sonlarında İrfan Can Kahveci hesabı 5:0-a çatdırıb.


İkinci hissə də “Fənərbaxça”nın qolları ilə başlayıb. 47-ci dəqiqədə Muriqi növbəti dəfə fərqlənərək het-trik edib. 55-ci dəqiqədə isə kosovolu hücumçu künc zərbəsindən sonra başla topu qapıya göndərərək komandasının yeddinci qolunu vurub və pokerə imza atıb.

Qarşılaşmada daha bir qolun müəllifi isə Meyson Qrinvud olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO