Şahmat Olimpiadası: Azərbaycan kişi komandası Rumıniya ilə heç-heçə edib, qadınlar Serbiyanı üstələyib

Şahmat Olimpiadası: Azərbaycan kişi komandası Rumıniya ilə heç-heçə edib, qadınlar Serbiyanı üstələyib

Hazırda oxunan: Şahmat Olimpiadası: Azərbaycan kişi komandası Rumıniya ilə heç-heçə edib, qadınlar Serbiyanı üstələyib

637739

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

Bizim.Media xəbər verir ki,  kişilərdən ibarət komanda Rumıniya ilə üz-üzə gəlib.

Görüş 2:2 hesabı ilə başa çatıb. Azərbaycan komandasının heyətində Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov isə məğlub olub. Aydın Süleymanlı və Məhəmməd Muradlı isə heç-heçə edib.
 

Qadın şahmatçılarımız isə Serbiyanı 3:1 hesabı ilə məğlub edib. Günay Məmmədzadə və Xanım Balacayeva qələbə qazanıb. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə rəqibləri ilə xalları yarı bölüblər.


Qeyd edək ki, daha əvvəl kişilərdən ibarət kollektiv Mərakeş (4:0), Filippin (3:1) və İsveçrəni (3:1) məğlub edib. Çexiya ilə görüş isə heç-heçə bitib - 2:2.

Qadınlardan ibarət milli isə Qvatemala, Danimarka (hər ikisi 4:0), İsveçi və İngiltərəni (hər ikisi 2,5:1,5) məğlub edib.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO