Çavuşoğlu Müslüm Gürsəsi belə xatırladı - VİDEO

Çavuşoğlu Müslüm Gürsəsi belə xatırladı - VİDEO

Hazırda oxunan: Çavuşoğlu Müslüm Gürsəsi belə xatırladı - VİDEO
13673
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu bu gün vəfatının 8-ci ildönümü olan məşhur sənətçi Müslüm Gürsəsi anıb.  

Bizim.Media xəbər verir ki, Çavuşoğlu sosial şəbəkə hesabında bir təyyarədə səfər edərkən Gürsəslə bağlı xatirələrini danışdığı videogörüntü paylaşıb.

Videoda illər əvvəl Alanyada meyvə-tərəvəz topladığı yorğun bir günün ardından Ankaraya getmək üçün mindiyi avtobusda Müslüm Gürsəsin "Kara bulutları kaldır aradan, oy aman" mahnısı səsləndiyində yuxuya getdiyini bildirən Çavuşoğlu, nəhayət avtobus nəzaritçisini çağırıb "kaseti əvvəldən axıra bu mahnı ilə doldurmusunuzmu ?” - deyə soruşduğunu, cavabında isə “Xeyr, qardaş, bu mahnı gələndə oyanırsan" eşitdiyini bildirib.

Təyyarədəkiləri güldürən bu xatirədən sonra Çavuşoğlu, Gürses üçün Allahdan rəhmət diləyib. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO