Hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ: Yağış, qar yağacaq, külək əsəcək

Hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ: Yağış, qar yağacaq, külək əsəcək

Hazırda oxunan: Hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ: Yağış, qar yağacaq, külək əsəcək

135926

Mayın 15-i günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, 15-dən 16-sı gündüzədək isə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Abşeron yarımadasının bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında mayın 16-sı gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO