“Əgər "Honkonq qripi" vaxtında müalicə edilməzsə, o, ciddi fəsadlara yol aça bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə "aif.ru" saytına həkim-terapevt Nadejda Çernışova məlumat verib.
Çernışovanın sözlərinə görə, sentyabr və oktyabr ayları bu qripə qarşı peyvənd olunmaq üçün ən uyğun zamandır:
“Əks-göstərişlər olmadıqda, peyvəndi müraciət olunan gün də vurdurmaq olar. O, xəstəlikdən tam qorunma zəmanəti verməsə də, xəstəxanaya yerləşdirilməyə və sağlamlıq üçün mənfi nəticələrə səbəb ola biləcək ağır fəsadların riskini azaldır”.
Həkim qeyd edib ki, yeni ştam xəstəliyin daha sürətli gedişatı ilə fərqlənir. Fəsadların yaranma ehtimalı yüksək olaraq qalır. Bunların arasında bronxit və pnevmoniya (ağciyərlərin iltihabı) var.
Qrip mənşəli pnevmoniyanın müalicəsi olduqca çətindir və o, ciddi xəstəlik hesab olunur. Həmçinin miokardit – insanın bütün qalan həyatı boyu sağlamlıq vəziyyətini pisləşdirə bilən ürək əzələsinin iltihabı da inkişaf edə bilər.
Buna görə də, Çernışova vurğulayıb ki, fəsadlara yol verməmək və müalicəyə vaxtında başlamaq daha yaxşıdır.
Nəşr qeyd edir ki, Rusiyada artıq "Honkonq" qripinin mutasiyaya uğramış ştamına ilk yoluxma halları qeydə alınmağa başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
02:35 / 30.09.2026
“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var
Hazırda oxunan: “Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var
Hazırda oxunan: “Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var
639501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































