“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı

“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı

Hazırda oxunan: “Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı
13528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BBC-nin rus xidməti Laçın rayonundan reportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, reportajda Rusiya sülhməramlılarının Laçındakı fəaliyyəti əks olunub.

“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı - foto 1


“Laçının- Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşən kiçik bir şəhərciyin qayıdışını Azərbaycan 30 il gözləyib. Bu bölgə Xankəndini Ermənistanla birləşdirən ən vacib yolda dayanır”- məqalə bu fikirlərlə başlayır.

Yazıda bildilir ki, Birinci Qarabağ müharibəsi zamanı buradakı kəndlərdə yaşayan azərbaycanlılar evlərini tərk ediblər.

“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı - foto 2


Vətəndaşların minalanmış ərazilərə görə bura gəlməsinə icazə verilmir. Sülhməramlıların gündəlik həyatına gəldikdə isə onlara internetdən istifadəyə qadağa qoyulub.

Hərbçilərdən biri deyir ki, əyləncə üçün yalnız televizor var, amma burada heç bir kanal tutmur.

“Bəzən disklərdə filmlərə baxırıq. Boş vaxtlarımda kitab oxuyuram. İndi Ayn Randın "Mənbə" kitabını oxuyuram. Amma tezliklə bitirəcəyəm. Çox təəssüf ki, yeni kitablar yoxdur. Burda kitablarımız var, amma bəyənmirəm. Remarkı çox sevirəm "-deyə adının mediaya açıqlanmasını istəməyən hərbçilərdən biri deyib.

“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı - foto 3


Hərbçilərdən digəri isə buradakı təəssüratlarını bölüşür:

“Qırmızı Xaç ilə bir yerdə həlak olanların meyitlərini axtarmaq burada gördüyüm ən dəhşətli şeydir. Minalanmış sahələrə çıxmışıq, çaqqalların parçaladığı meyitləri görmüşük. Yadımdadır, Şuşaya gələndə yolboyu meyitlər səpələnmişdi.

“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı - foto 4


Hamısı 18-19 yaşlı erməni uşaqlarıdı... Azərbaycan hərbçilərinin haqqını vermək lazımdır. Yeni mövqeləri tutanda erməni hərbçilərin meyitlərinin çoxunu çaqqallara yem olmasın deyə torpağa basdırıblar. Bunu dəfələrlə özüm görmüşəm. Amma elə ki, meyitin üstünü heç olmasa azca torpaqla örtmədin, ancaq kiçik hissələri və sümükləri qalır”

“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı - foto 5


Yazıda Laçının küçələrinin boş olduğu da vurğulanıb. Rəsmi məlumatlara görə, hazırda şəhərdə cəmi 80 yerli sakin var, qalanları hərbçidir:

“Sakinlər jurnalistlərlə danışmaqdan çəkinirlər və  danışanlar isə adlarının çəkilməmələri  üçün xahiş edirlər”.

Dükanda satıcı işləyən Aida Balikyan Laçında qarətçiliyin xeyli yayıldığını bildirib:

“Azərbaycan hərbçiləri erməni meyitlərini çaqqala yem olmasın deyə basdırıb” - BBC-nin Laçın reportajı - foto 6


“Sülhməramlılar qayda-qanuna nəzarət etsələr də, həmin o qarətçilər də işini bilir, keşikçilərə rastlaşmayacaqları vaxt gəlirlər. Hətta bir vaxt tamam azğınlaşıb günorta çağı dam örtüklərini sökürdülər. Dəqiq bilirəm ki, azərbaycanlılar deyil, bizimkilərdir. Bunu kefindən etmirlər. Hətta naqilləri də sökürlər ki, satıb çörəkpulu etsinlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO