"Qarabağ Azərbaycandır!" mövzusunda zərflər buraxılıb

Hazırda oxunan: "Qarabağ Azərbaycandır!" mövzusunda zərflər buraxılıb

1123

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC  “Qarabağ Azərbaycandır!” mövzusunda markalı zərflər dövriyyəyə buraxılıb.

"Azərpoçtdan" Bizim.Media-ya verilən məlumata görə, zərflərin üzərində Azərbaycan xəritəsi, Azərbaycan və ingilis dillərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub. Üz tərəfin fonunda isə hərbi kamuflyaj təsvir edilib.

Zərflərin üzərində  işğaldan azad edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü, Ağdamın  Xaçındərbətli kəndindəki 1314-cü ilə aid Qutlu Musa türbəsi və Şuşa şəhərinin gerbi təsvir olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO