“Bələdiyyələrin statusu dəyişməlidir”

“Bələdiyyələrin statusu dəyişməlidir”

Hazırda oxunan: “Bələdiyyələrin statusu dəyişməlidir”
47966
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Moderator.az-a müsahibə verib:

 -İqbal bəy, bələdiyyə seçkiləri yaxınlaşsa da, müxalifətdə bir süstlük var. Sanki, bu seçkilərdə iştirakda bir o qədər də maraqlı görünmür. Bu passivliyin səbəbi nədir?

 -Müxalifət siyasi proseslərin katalizatorudur. Maddənin özü deyil. Bəzən elə hesab edirik ki, hər şeyi müxalifət etməlidir. Amma əksinədir. Nə qədər ki, seçici prosesin içində deyil, müxalifət ölkədəki ictimai-siyasi prosesi sürətləndirə bilməz. Müxalifətin vəzifəsi başlayan prosesləri sürətləndirməkdir. Əgər aşağıdan yuxarıya doğru bir proses yoxdursa, müxalifət bu aktivliyi artırmaq üçün öz təşkilatları daxilində nə qədər iclaslar keçirib, müzakirələr aparsalar belə bu heç nəyi dəyişməyəcək.

 -Axı bu bir şansdır ki, siyasi partiyalar da yaranmış durumdan istifadə edib aktivliyini artırmaq imkanı əldə edə bilər. Bu seçkilərin ardınca parlamnet seçkiləri gəlir və bu seçkilər onlar üçün bir hazırlıq mərhələsi olardı...

  -Müxalifətin bələdiyyələrə marağını artırmaq üçün ilk növbədə bələdiyyələrin statusu dəyişməlidir. Status dəyişərsə, o zaman bələdiyyə seçkilərinə maraq artar. 17 min vətəndaşın namizəd kimi iştirak etdiyi bir siyasi proses təbii ki, ictimai-siyasi aktivliyi artıra bilər. Amma gəlin görək bələdiyyələrin statusu varmı? Bələdiyyələrin statusu qəbir yeri verməkdən başqa bir statusu yoxdur. Ona görə də vətəndaş və siyasi partiyalar bu prosesdə iştiraka maraq göstərmir. Bələdiyyələrin statusunun az olması, onun fəaliyyətinə maneçiliklərin olması siyasi institutların zəif iştirakının səbəblərindəndir. Ona görə də təkcə bizim aktivləşməyimiz heç nəyi dəyişmir.

  -Onda belə çıxır ki, ictimaiyyət özü aktivlik göstərənədək müxalifət gözləməli olacaq?

 -Bir daha deyirəm ki, müxalifətin işi proses yetişdirmək deyil, istiqamətləndirmək və sürətləndirməkdir. Ona görə də düşünmürəm ki, vəziyyət dəyişməyənədək müxalifət siz dediyiniz istiqamətdə aktivliyi dəyişə bilsin. Bizim indiki məqamda gücümüz çatan budur ki, biz daxildə və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaqla Azərbaycanda siyasi, iqtisadi islahatların sürətləndirilməsinə nail olmaqdır. Prosesi dayanmamağa qoymamaqdır. Bəzən deyirlər 1990-cı ildə dünyanın ən fəal xalqı birdən-birə niyə belə passivlik nümayiş etdirir? Bunun sadə səbəbləri var. Qanunvericilik bazasında seçkilər elə səviyyədə keçirilir ki, vətəndaş seçkidə iştirak etmək istəmir və bu səbəbdən də ictimai aktivlik zəifləyir. Amma bununla belə hesab edirəm ki, müxalifət birləşərək birgə mübarizə apararsa, vəziyyəti dəyişmək istiqamətində müəyyən işlər görmək olar. Əgər müxalifət bələdiyyə seçkilərində birləşməyi bacarıb, birgə namizədlər verərlərsə, proseslərin aktivləşməsinə ciddi təkan vermiş olarlar və mübarizə yeni keyfiyyət müstəvisinə çıxa bilər ki, bu da müxalifətin uğuru ilə nəticələnə bilər. Yəni müxalifət birgə 15 min namizəd irəli sürüb namizədliyini dəstəkləyərsə, o zaman proseslərin dinamikasında ciddi dəyişikliklər yaranar. Ancaq çox təəssüflər olsun ki, müxalifətin daxilində belə təşəbbüs yoxdur və buna hazir deyil.

 -Bəs bunun səbəbi nədi?

 -Səbəbi çox sadədir. Müxalifət təşkilatlarının böyük əksəriyyəti cəmiyyətə özlərini təqdim etdikləri kimi arxalarında namizədlərinin olmaması ilə bağlıdır. Çox güman ki, qarşıdakı bələdiyyə seşkilərində biz bunun bariz nümunəsinin şahidi olacağıq. Payızda keçiriləcək bələdiyyə seçkilərində maksimum 3 partiya seçkilərə partiya kimi qatılacaq. Onlardan biri hakim partiya olacaq, ondan başqa iki siyasi partiya təşkilat olaraq bələdiyyə seçkisinə ya qatılacaq, ya yox. Qalan hamısı deyəcək ki, partiya üzvlərinin seçimi bu məsələdə sərbəsdir. Istəyirlərsə, namizədliklərini irəli sürə bilərlər. Odur ki, digər obyektiv səbəblərlə yanaşı partiyaların bu məsələdə ciddi problemləri var.

 - İqbal bəy, indiki mürəkkəb geosiyasi proseslərin getdiyi və Azərbaycan dövlətçiliyinə və milli maraqalrına təhddilərin olduğu bir vaxtda müxalifətin birləşib cəmiyyətin müqavimət gücünü səfər etməsi məsələsinə necə baxırsınız?

 -Geopolitik proseslədən ölkədaxili proseslərdə istifadənin tərəfdarı deyiləm. Mən bir partiya rəhbəri olaraq bəyna edirəm ki, ölkə geopolitik proseslərdə milli maraqlarımıza xələl gələcəyini görərəmsə, hətta bu təzyiqlər hakimiyyət dəyişikliyinə yönələrsə, o zaman dövlətin yanında olacağıq və orada yer alacağıq. Ancaq xarici təzyiqlərə gəldikdə bu təzyiqlərin indiki məqamda Azərbaycana təsiri sıfır həddindədir. Bu təzyiqlər daha çox ölkə daxilinə hesablanıb. İqtirardan sən gəl bu maraqlara qoşul, bunu et, hüquqlarından imtia et demir. İndiki geopolitik dəyişməlrədə iki yanaşma metodu mövcuddur. Onlardan biri Avropa, digəri isə Rusiyanın metodu. Maraqlısı burasındadır ki, Avropanın yaratdığı birliklərə digər ölkələr özləri maraq gözstərirlər. Məsələn, Türkiyə Avropa Birliynə qoşulmaq üçün illərdir mübarizə aparır. Amma Rusiya adamın qulağından yapışıb yaratdığı quruma zorla gətirir ki, sən burada olmalısan. Əgər Rusiya tərəfdən təzyqilər hakimiyyətə dəyişmək yönündə olsa belə biz ona qarşı çıxacağıq və o zaman biz iqtidarın yanında olacağıq.

  - Mən regionda baş verən geosiyasi proseslərdən yararlanıb ölkədaxili proseslərdə istifadəni demirəm. Azərbaycan dövlətçiliyinə olan təhdidləri və bu istiqamətdə müqavimətin təşkilini deyirəm.

  - Əsas təhlükə Rusiyadan Avrasiya İqtisadi Birliyi ilə bağlı ola bilər ki, bu məsələdə də hakimiyyətin mövqeyi ilə müxalifətin mövqeyi üst-üstə düşür. Ola bilər ki, hakimiyyət bu birliyə qoşulmamaq üçün müxtəlif manevr imlanlarından istifadə edir, bu da normal haldır. Yox Allah etməmiş hiss etsək ki, Azərbaycan dövlətçiliyi və ölkəni idarə edən qüvvələr bu məsələlərdə dilemma qarşısında qalıblar, dəstəyə ehtiyacı var, o zaman bizimçün iqtidar müxalifət məsələsi yoxdur. Dövləti qoruyacağıq və hesab edirəm ki, bütün müxalifət bu məsələdə bir yerdə olacaq. Düzdür, bəzi qüvvələr müxalifət və hakimiyyətdəki müəyyən qüvvələri bu oyunlara cəlb etməyə çalışırlar. Düşünmürəm ki, Azərbaycanda ağlı başında olan kəs bu yola getsin. Gedəcəksə də belə bu məsələlərdə elə də fəal ola bilməyəck.

 -Yəni hesab edirsiniz ki, bu proseslərdə hakimiyyətdəki bəzi qüvvəldərən istifadə edirlər?

  - Bəzən hakimiyyətdə, müxalifətdə və ictimaiyyətdə belə bir fikir səslənir ki, Rusiyadan niyə uzaq düşməliyik? Rusiya bizim yaxın qoşumuzdur. Tarix boyu yanaşı yaşamışıq. Bizə ABŞ, Avropa nə verib ki?... Mən qısaca olaraq buna cavab vermək istəyirəm. Biz rus xalqına, dilinə qarşı deyilik. Biz Rusiyanın idarəetmə metoduna və dövlətlərə olan münasibətinə qarşıyıq. Mən Rusiya bizə çox şey veribdir deyənlərə sadəcə bir şey deyirəm. Bu gün itirdiyimiz İrəvan, Göyçə, Zəngəzur Rusiyanın vasitəsi ilə bizədn qoprılmayıbmı!?... Bu gün Güney Quzey Azərbaycan anlayışı varsa bu Rusiyanın vasitəsi ilə edilməyibmi.... 1905-1918-ci illərdəki qırğınlar törədilib, son 25 ildə azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsi, 1 milyonadək vətəndaşımızın köçkün əvziyyətə düşməsi, Xocalı kimi soyqrımıən törədilməsi Rusiyanın əli ilə ediməyibmi?... 1990-ci il 20 yanvar və digər neçə belə hadisə Rusiyanən əli ilə olmayımı?... Hesab edirəm ki, belə fikir söyləyən insanlar bunu düşünməlidirlər. Bu gün Rusiyanın yanında olmalıyıq fikrini səsləndirən məmurlar onu da fikirləşməlidirlər ki, Azərbaycan Rusiyanın tərkibində olanda onlar kölə idilər və sadəcə olaraq Moskvanın verdiyi tapşırıqları icra edirdilər. Bu adamlara onu da çatdırmaq istəyirəm ki, hətta o vaxt indikindən az sərvət oğurlayırdın. Ən azından oğurladığına hörmət elə.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO