Azərbaycan televiziyasında ən orijinal ekran əsərlərindən sayılan “Fatehlərin divanı”x9d televiziya tamaşasının bu yaxınlarda 20 illiyi tamam olacaq. Xalq artisti Ramiz Həsənoğlunun mükəmməl işlərindən biri olan “Fatehlərin divanı”x9d türk millətinin tarixindəki qaranlıq məsələlər və onların Azərbaycana təsirindən bəhs edir. Türkiyəli yazıçı Nejdət Sevincin “Duruşmalar”x9d pyesinin motivləri əsasında hazırlanan ssenarinin müəllifi Xalq yazıçısı Mövlud Süleymanlıdır. xa0
Ramiz Həsənoğlunun “Fatehlərin divanı”x9d televiziya tamaşası türk dünyasında şöhrət qazandı, xa0uğurla qarşılandı.xa0
6 seriyadan ibarət televiziya tamaşası bu gün də Türkiyə və Azərbaycanın xa0televiziya kanallarında göstərilir.xa0
Fuad Poladov, xa0İlham Əsgərov, Ramiz Novruz, Sənubər İsgəndərli, Məmməd Səfa Qasımov, Vidadi Həsənli, Vaqif Əsədov, Fərhad İsrafilov kimi peşəkar aktyorların çəkildiyi televiziya tamaşasının əsas məqsədi Azərbaycanın minillik tarixinə güzgü tutmaq idi. Təəssüflər ki, müəyyən səbəblərdən bu baş tutmadı. Cəmi 6 seriya tamaşaçıların görüşünə gəldi.xa0
Tamaşanın müəllifi Xalq artisti Ramiz Həsənoğlu “Fatehlərin divanı”x9d ilə bağlı Moderator.az xa0 saytına geniş müsahibə verib, bir çox maraqlı məqamlara toxunub:
-Hərdən jurnalistlər xa0müsahibələrdə “hansı işiniz daha uğurludur”x9d sualını verirlər. Bacardığım qədər bu sualdan qaçmağa çalışıram. Çünki hər işin həm qüsurlu, həm də yaxşı tərəfləri ola bilir. Sizinlə bu günlərdə 20 illiyi olacaq “Fatehlərin divanı”x9d haqqında danışırıq. Bütün çəkdiklərimə sonradan baxanda onlarda nəsə əlavələr etmək istəyirəm. “Fatehlərin divanı”x9d bu mənada ən az əlavə etmək istədiyim ekran işi olub. Orada demək olar, bütün kompanentlər yerli-yerindədir. İstər ssenari, istər rəssam, operator, istərsə də aktyor işi baxımından peşəkarlar bir araya gəlmişdi. Bütün bunları bir araya gətirən,birləşdirən xa0şəxs isə rejissordu. O prosesi çox aydın şəkildə hamıya izah etməldir ki, sonda ortaya yaxşı iş qoysun. Nə yaxşı ki, xa0o zaman bir araya gılib bu işi gördük.xa0
HAŞİYƏ-1: 6 hissəli televiziya filmi olan “Fatehlərin divanı”x9d türk tarixinə, onun üzləşdiyi faciələrə, bu faciələri meydana gətirən böyük xətalara güzgü tutur. Türkün türkə qılınc çalması, Teymurun 1402-ci ildəki Ankara döyüşündə İldırım Bəyazidi məğlub etməsi əslində, tək Osmanlının yox, elə hər iki nəhənhg imperiyanın, bir sözlə böyük Turanın məğlubiyyəti idi. Lakin bu sonradan dərk olundu. Artıq Qərb missionerləri öz işini görmüş, iki qardaşı bir-birilə üz-üzə qoymuşdu. Tariximizin müxtəlif səhifələrinə eyni aqibət yenidən yaşanacaqdı. “Fatehlərin divanı”x9d türkçülük tarixinin bu böyük xətalarını və onun mənfur nəticələrini ustalıqla izah edirdi.
-“Fatehlərin divanı”x9d televiziya tamaşasının yaranma tarixçəsinə toxunaq. Necə oldu ki, belə bir fərqli layihəni ekranlaşdırmaq qərarına gəldiniz?
-1994-cü il idi... İstanbula səfər etmişdik. Türkiyənin TGRT telekanalında Ömər Çalışkan adlı dostum çalışırdı. O, mənim iş üslubum və istiqamətimi yaxşı bilirdi. “Topal Teymur”x9d televiziya filmimə də baxmışdılar. O və yaxın dostu, prodüsser Seyfi Şirin mənə Topal Teymurla bağlı bir dram əsəri haqqında danışdılar. xa0Dedilər, bizdə də belə bir əsər var. Amma müəllifi Nejdət Sevinc onu teatr üçün yazıb. Sual xa0verdilər ki, siz bizimlə birlikdə çalışıb onu televiziya üçün hazırlamaq istərdinizmi? “Bəli”x9d cavabını verdim. Sonra əsəri oxudum və çox bəyəndim. İki hissədən ibarət idi: birində Teymurləng, o birində isə Osmanlı sultanı IV Murad dövründəki baş vəzir xa0Merdifonlu Qara Mustafa mühakimə edilirdi. Merdifonlu Mustafa Vyana mühasirəsi zamanı xa0igidlik göstərən, lakin iftira nəticəsində təxribata uğrayan tarixi şəxsiyyət olub. Osmanlı ordusu Vyananı mühasirəyə alan zaman daxildə bəziləri xa0satqınlığa baş vurur. Osmanlının düşmənləri Krım xanı və polyak kralı ilə iş birliyinə girirlər. Nəticədə Osmanlı ordusunun özü mühasirəyə düşür. Amma Merdifonlu Mustafa ordunu belə çətin şəraitdə mühasirədən çıxarır. Sultan bunun üçün ona xələt də bağışlayır. Sonradan Qara Mustafa ilə bağlı müəyyən təxribatlar hazırlayıb, sultana yanlış məlumatlar çatdırırlar. Sultan onlara inanıb Qara Mustafanı həbs etdirir. Daha sonra da edamına fərman verir. O zaman Mustafa sonradan çox məşhurlaşan, dillər əzbəri olan sözlər deyir. “Boynumuz qıldan incədi, Allah dövlətimizə zaval verməsin”x9ddeyərək, boynunu xa0cəllada təslim edir.xa0
Bu, sırf türk dövlətinin daxili çaxnaşması idi. Amma Əmir Teymurla bağlı hissədə xa0 daha böyük coğrafiya-Mərkəzi Asiya, Türküstan, Böyük Turan məsələləri var idi.xa0
Təəssüflər olsun ki, bizim TGRT ilə iş birliyimiz xa0 alınmadı. Dedilər, Türkiyədə iqtisdadi böhrandı xa0və bu səbəbdən bütün layihələr dayandırılıb. Amma biz artıq bu işlərə başlamışdıq, rəssam işləri görülmüşdü. Aztv-nin o zamankı sədri Babək Hüseynliyə müraciət etdik, Allah ona rəhmət eləsin, bizdən yardımını əsirgəmədi. Dedi ki, həmin televiziya filmini elə biz çəkək. Tamaşanın Azərbaycan tarixi ilə bağlılığını artırmaq üçün müəyyən təkliflər irəli sürdük. Babək müəllimin də tövsiyyəsi ilə yazıçı Mövlud Süleymanlı işə cəlb edildi. Ssenarini yazdı, biz düz bir il həmin ssenari üzərində işlədik. Mövlud ssenaridə daha qədim zamanlara-Orxon Yenisey dövrünə gedib çıxdı. Nejdət Sevincin əsərində heç belə motivlər yox idi. Yeni obrazlar əlavə etdik və “Fatehlərin divanı”x9dnın Azərbaycanla bağlılığını inkişaf etdirdik. Teymurla bağlı hissəni 6 seriyaya yerləşdirə bildik. Türkiyə üçün hazırladığımız versiya isə 4 seriyaya sığdı. Çünki türklər bizi bu layihədə xa0tam tərk etmədilər. Onlar sonradan dekorasiya və geyimlərdə bizə xeyli köməklik göstərdilər. Qəhrəmanların geyimlərini gedib oradan gətirdik.xa0

Əsərin ikinci xa0hissəsini hazırlamaq istəyirdik ki, Aztv-də rəhbərlik dəyişdi. Müəyyən məsələlər meydana çıxdı. Amma biz artıq Merdifonlu Mustafanın geyimini də hazırlamışdıq. Həsən Turabovu o rola çəkəcəkdik. Amma qismət olmadı.xa0
HAŞİYƏ-2: “Fatehlərin divanı”x9d tamaşaçısı öz tarixi ilə görüşdürür. Burada heç bir hərəkət yoxdu. Lakin tamaşaçı özünü yüksək dinamik proseslərin içində hiss edir. Çünki bu onun tarixidir. Hesab çəkən də, hesaba çəkilən də onun millətinə məxsusdur. Oğuz xan, Bilgə xaqan, Alp Arslan və Atilla Əmir Teymuru divana çəkir. Bəzi xətalarına- yol versiyi siyasi səhvlər və qardaş qanı, günahsız minlərlə insanın ölümünə görə onu mühakimə edirlər. O isə Teymurdu. Hadisələrə özünəxas şəkildə yanaşır, konkret cavablar verir... Bəzən, tarixi günahlandırır, bəzən isə tarixi yazanları... Amma təkcə onunla iş bitmir ki. “Fatehlərin divanı”x9dnın da əsas missiyası Teymurdan sonra başqa fatehləri ”“Uzun Həsən, Şah İsmayıl Xətayi və başqalarını divana çəkmək idi. Lakin bu alınmadı...
-Deməli, “Fatehlərin divanı”x9dnın növbəti seriyalarına da hazırlaşmışdınız. Bəs, işin axıra kimi həyata keçməməsi tamaşanın taleyinə nə kimi məfi təsir göstərdi?
-Ümumiyyətlə, “Fatehlərin divanı”x9d 50 seriya olacaqdı. Teymur və Qara Mustafadan sonra Uzun Həsən və başqa tarixi qəhrəmanlar mühakimə ediləcəkdi. Amma təəssüf ki, bu ideya baş tutmadı. Buna çox üzülürəm. Biz tariximizin hər dövrünə bu yolla işıq salacaq, ta ki Mir Cəfər Bağırov dövründə dayanacağdıq.xa0
Mir Cəfər Bağırov dövründən danışarkən , Stalini də xa0çağıracaq, onlara da lazımı suallarımızı ünvanlayacağdıq. xa0Həmçinin, Məhəmməd Əmin Rəsulzadə dövründən danışan zaman başqalarını dəvət edəcəkdik. Bu möhtəşəm bir iş olacaqdı. Televiziya tamaşası haqqında xeyli gözlər sözlər eşitdik. Bir tarixçi də belə bizə hər hansı irad bildirmədi. Əksinə, xeyli təriflədilər. Dəfələrlə, ard-arda bir neçə gün televiziya ekranlarında göstərildi. Təəssüf ki, “prime-time”x9d zamanl yox, gecə saat 12-dən sonra.Buna baxmayaraq, xa0yenə də tamaşaçılar oturub filmi izləyirdilər.Bir dəfə xa0Akif İslamzadə zəng vurub demişdi ki, Hollivud səviyyəsində filmdi.xa0
Amma bəla burasındadır ki, vaxtaşırı sənətin başına sənətə dəxli olmayan adamlar qoyurlar və nəticədə sənət gəlib bu şəkil alır. Çox təəssüflənirım ki, bi möhtəşəm layihəni davam etdirə bilmədik.
-Sizin əlavələriniz nələr oldu? Bu əlavələr müəyyən tarixi təhriflərə yol açmadı ki?
-Şaman Börküyarıq və Güntəkinlə bağlı bütün dialoqlar, səhnələrin hamısını ssenariyə Mövlud Süleymanlı əlavə edib. Burada da Azərbaycanla bağlı qolun inkişafına xüsusi diqqət ayrılıb. Dümanın bir sözü var. Deyir ki, tarix mənim üçün divardan paltar asmaq üçün mismar rolunu oynayır. Bu, əlbəttə ki, elmi monoqrafiya deyil. Bədii mətndə fikri daha yaxşı çatdırmaq üçün müxtəlif tarixi qəhrəmanları müxtəlif dövrlərə gətirimək olar. Əsas odur ki, həmin əlavələr yerli-yerində işlənsin. Məsələn, “Fatehlərin divanı”x9dnın ikinci hissəsində Yaşar Nuri ərəb meyxanaçısını oyanıyır. O, divandan ayrılarkən, Füzulidən bir qəzəl oxuyur. Aydın Talıbzadə bunu irad kimi göstərsə də, həmin element yerinə düşdüyü üçün qüsur saymamışdı. Bildiyimiz kimi, Teymurun dövründə yaşayan Bağdadlı ərəb meyxanaçısı heç zaman xa0200 il sonranın şairi Füzulidən sitat gətirə bilməzdi. Amma əsas olan mahiyyətdir, epizodun təbii alınmasıdır.xa0
-Bəs orada Teymurun adına bağlanan bir çox tarixi hadisələr var. Şam və Bağdad şəhərlərini dağıtması, insanları diri-diri xəndəkdə basdırması var s. xa0Onlar Türkiyəli müəllifə məxsus idi?
-Bəli, o hadisələrin hamısı Nejdət Sevincin “Duruşmalar”x9dında təsvir edilib. Bizim əlavələrimiz isə yalnız daha qədim zamanlara getmək, şaman və Gültəkini əlavə etmək və Azərbaycanla bağlı xüsusi qolu yaratmaq idi. Nejdət Sevinc ilk dəfə “Fatehlərin divanı”x9dna baxanda nəsə narazı qaldığı məqamlar olmuşdu. Azərbaycan tarixi ilə bağlı əlavələr, şaman xətti və s. ona xoş gəlməmişdi. Bir az qısqanclıqla yanaşmışdı. Amma sonradan bu tamaşanın səs-sorağı çox yerlərə gedib çıxdı. O zaman onun özünə xeyli təşəkkür etmişdilər.xa0
-“Təəssüflər ki, iş yarımçıq qaldı. Böyük layihənin davamı gəlmədi. Amma cəmi 6 seriya belə “Fatehlərin divanı”x9dnı 20 ildir ki, yaşadır. Layihəni bu qədər uğurlu edən başqa hansı səbəblər var idi?
-“Fatehlərin divanı”x9dnın daha bir uğurlu tərəfi də orada çox yaxşı aktyor və operator işinin olması idi. O zaman kinolent də pis vəziyyətdə idi. Çəkmək indiki kimi rahat deyildi. Biz bir kadrı üç rakursdan çəkirdik. Film üslubu ilə lentə alırdıq ki, bu da kifayət qədər vaxt aparırdı. Ona görə də çəkilişlər bir il vaxt apardı. Hər şeyin çox yaxşı alınmasına diqqət edirdik. Operator Eldar Məmmədovun işinə, işıqla necə ustalıqla işləməsinə isə söz ola bilməzdi. Ukraynalı məşhur operator , o “Azərbaycanın səsi”x9d layihəsini çəkən zaman Eldar Məmmədovla görüşmüşdü. Məhz “Fatehlərin divanı”x9dndakı işinə görə onun qarşısında baş əymək lazım olduğunu demişdi.xa0
Çəkilişlərdə xeyli çətinliklər yaşadıq. Müəyyən müddətdən sonra Oğuz xan, Atilla və Alp Arslanı oynayan aktyorlar (Fərhad İsrafilov, xa0Vidadi Həsənli və Məmməd Səfa Qasımlı) teatrlarındakı çəkilişlərə görə pavilyondan ayrıldılar. O zaman mən işləri yarımçıq saxlamamaq üçün onları Vaqif Əsəfov, Sabir Məmmədov və Ramiz Novruzla əvəzlədim.xa0
-Çəkiliş zamanı nə kimi maraqlı hadisələr yaşandı?
-“Birinci seriyada şaman rəqsi, ruhların çağırılma məsələsi var idi. Adını da əvvəlcədən ruhların divanı qoymuşduq. Biz ruhları çağırmağa başlayanda qəribə, mistik hadisələr baş verdi. Texnika sıradan çıxırdı, sanki gücü çatmırdı. Təbii ki, çəkiliş meydançasında belə hallar ola bilər. Amma təsəvvür edin ki, 3 aya olacaq işlər bir günün içində yaşandı. Gah qəfildən lampa partladı, işıqda problem yarandı, gah kamera sıradan çıxdı və s.
Biz çox məəttəl qaldıq. Fikirləşdik ki, nə edək, nə etməyək, axırda qərara gəldik ki, bir fatihə oxuyaq. Başladıq “Fatihə”x9d oxumağa.xa0
Ondan sonra gərginlik azaldı. Mən ümumiyyətlə, belə mistik hadisələrə inanıram. Eyni hadisə bir dəfə də xa0çəkiliş zamanı başıma gəlib”x9d.xa0
(ardı var)
Elmin Nuri



































































































