Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən “Ozon” marketpleysinin logistika mərkəzinə ilk dəfə PUA zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın monitorinq kanalları məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatlarının zərbəsindən sonra logistika kompleksinin ərazisində güclü yanğın başlayıb. Sosial şəbəkələrdə hadisə yerindən yanğını əks etdirən görüntülər də yayılıb.
Monitorinq kanalları bildirir ki, alov obyektin ərazisində sürətlə yayılıb və logistika mərkəzinin üzərində sıx tüstü müşahidə olunub.
Dağıntıların dəqiq miqyası və mümkün xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Bizim.Media





































































































