Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Hazırda oxunan: Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

632226

Türkiyənin Kocaeli şəhərində yerləşən çimərlikdə üç nəfərin meyiti tapılıb.

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, əvvəlcə iki qadının, daha sonra isə bir kişinin meyiti sahildə aşkarlanıb. 

Şahidlər baş verənlərlə bağlı təcili xidmətlərə məlumat veriblər. Hadisə yerinə həkimlər, polis və sahil mühafizə qüvvələri göndərilib.
 

Həlak olanların şəxsiyyəti müəyyənləşdirilib. Onların bacı və qardaş olduğu məlum olub: 17 yaşlı Məhəmməd Əli Sakər, 24 yaşlı Gülşah Sakər və 15 yaşlı Belinay Sakər.


Daha əvvəl itkin düşmüş hesab olunan digər bacı Bilgənur Sakər isə axtarış əməliyyatı nəticəsində sağ vəziyyətdə tapılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO