"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

Hazırda oxunan: "Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

632194

"Müəllimlər, bunu validenylərə bildirin, hamı məktəbli formasını Tamirin mağazasından alsın! Aldığınız geyimlər haqqında mənə məlumat verin, çünki məndən də hesabat tələb olunur”.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, iddia olunur ki, bu səs yazısı Göyçay rayonu Çərəkə kənd 2 saylı tam orta məktəbin direktor sələhiyyətlərini icra edən Könül xanım tərəfindən müəllimlər qrupuna göndərilib.
 

Səs yazısı yayılan müəllimlə əlaqə saxladıq, ancaq o, səhhətində problem yarandığından, heç bir açıqlama verə bilməyəcəyibi dedi.


Mağaza rəhbərliyi isə bu səs yazısını anti-reklam adlandırdı.

Məsələ ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirildi ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO