Sumqayıtda yaşayış binasında yanğın söndürüldü, 6 sakin təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın söndürüldü, 6 sakin təxliyə edildi - VİDEO

Hazırda oxunan: Sumqayıtda yaşayış binasında yanğın söndürüldü, 6 sakin təxliyə edildi - VİDEO

630124

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

FHN-dən Bizim.Media-ya bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2p.m. elektrik kabeli və 6 ədəd elektrik sayğacı yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO