Çinin Quanqsi-Çjuan Muxtar Rayonunda "Maysak" tayfununun yaratdığı güclü daşqınlar nəticəsində kampusda köməksiz qalan minlərlə tələbə və müəllim uğurla təxliyə olunub.
Bizim.Media xəbər verir ki, Quanqsi Logistika Peşə-Texniki Kollecinin yataqxanalarında qalan insanlar iyulun 7-də başlayan daşqın səbəbindən təxminən üç gün ərazini tərk edə bilməyiblər.
Təxliyə əməliyyatına “China Anneng” dövlət korporasiyasının xilasediciləri cəlb olunub. Onlar ağır özüyeriyən pontonlardan istifadə edərək insanları təhlükəsiz əraziyə çıxarıblar. Təxminən 20 saat davam edən əməliyyat zamanı minlərlə tələbə və müəllim xilas edilib.
Qeyd edək ki, "Maysak" tayfunu həftənin əvvəlindən Çinin cənub-qərbində ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində azı 39 nəfər ölüb, 9 nəfər itkin düşüb. Fəlakət zonasında 375 minə yaxın sakin zərər çəkib, 64,5 min nəfər isə təxliyə edilib.
Bizim.Media































































































