Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

Hazırda oxunan: Tramp: “Bu gecə İrana yeni ağır zərbələr endirəcəyik” – VİDEO

624082

ABŞ bu gecə İrana yeni ağır zərbələr endirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

"Bu gecə yenidən İrana qarşı güclü zərbə endirə bilərik. Onlara kiçik bir xəbərdarlıq edirəm. Bu, müharibə deyil. Bu, İranın nüvəsizləşdirilməsidir. İran İslam Respublikası təyyarədaşıyan gəmimizə hücum edib. Onlar hər gün sazişi pozurlar. Yalan danışır, hiylə işlədir və insanları öldürürlər", - deyə Tramp bildirib.
 

Qeyd edək ki, ötən gecə İranın strateji liman şəhərləri olan Bəndər-Abbas və Sirikə, eləcə də Hörmüz boğazında yerləşən hərbi əhəmiyyətli Qeşm adasına ard-arda güclü zərbələr endirilib. Ərazidə mülki və hərbi infrastrukturun ciddi zərər gördüyü, İran ordusunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilib.


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə bəyan edib ki, bu hərbi əməliyyat İran tərəfindən son günlər Hörmüz boğazında xarici neft tankerlərinə edilən raket və dron hücumlarına cavab olaraq həyata keçirilir.

ABŞ-ın hücumlarına cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bu səhər Küveyt və Bəhreyndəki ABŞ hədəflərinə ballistik raketlər atıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO