Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

Hazırda oxunan: Ötən gecə Rusiyanın strateji obyektləri vuruldu - Yanğınlar başladı – VİDEO

623961

Ötən gecə Rusiyanın bir sıra strateji hərbi və sənaye obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində aviasiya bazası və iri neft emalı zavodları (NEZ) hədəf alınıb.

Bizim.Media xəbər verir ki, zərbələr nəticəsində "Borisoqlebsk" hərbi hava bazasında, eləcə də Saratov və Nijnekamsk neft emalı zavodlarında ciddi dağıntılar və yanğınlar qeydə alınıb.
 

Məlumata görə, ən irimiqyaslı yanğın Tatarıstanda yerləşən Nijnekamsk NEZ-də baş verib. Bu müəssisə Rusiyanın ən böyük və ən müasir neft emalı komplekslərindən biri hesab olunur.


Zavod əsasən avtomobil benzinləri, "Avro-5" standartlı dizel yanacağı və digər neft məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

Hadisə yerindən yayılan görüntülərdə zavod ərazisindəki yanğının miqyasının böyük olduğu görünür. Hücumun nəticələri barədə əlavə təfərrüatlar araşdırılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO