Cənub cəbhəsində hərbi əməliyyatların intensivliyi artmaqda davam edir. Ukrayna Silahlı Qüvvələrinin regional komandanlığı strateji əhəmiyyətli nöqtələrdən birində nəzarətin bərpa olunduğunu elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Odessa" Əməliyyat-Taktiki Qoşun Qrupu (OTU "Odesa") yayıb.
Ukrayna hərbi mənbələrinin verdiyi məlumata görə, həyata keçirilən uğurlu və intensiv əməliyyat nəticəsində Rusiya bölmələrinin mövqelərinə ağır zərbələr endirilib. Atəş təzyiqinə tab gətirə bilməyən Rusiya hərbçiləri tutduqları mövqeləri tərk etmək məcburiyyətində qalıblar.
Qoşun qrupunun bəyanatında qeyd olunur ki, hazırda qarşı tərəfin sağ qalan şəxsi heyətinin ərazidən təxliyə edilməsi prosesi müşahidə olunur. Bölmələrin geri çəkilməsindən sonra Ukrayna hərbçiləri Kinburn yarımadasında ölkənin dövlət bayrağını ucaldıblar.
Rusiya Müdafiə Nazirliyi hələlik Kinburn yarımadasındakı vəziyyət və qoşunların geri çəkilməsi barədə rəsmi şərh verməyib.
Bizim.Media




































































































