Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO

Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO

Hazırda oxunan: Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO
621103
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda mebel sexində çalışan, Lerik rayon sakini 21 yaşlı Vüqar Adnayevin Bilgəh çimərliyində batdığı bildirilir. Hadisə iyunun 20-dən 21-nə keçən gecə baş verib.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, Vüqar dostları ilə birlikdə Bilgəh ərazisində yerləşən çimərliyə gəlib və dənizdə gözdən itib.

Gəncin dayısı Elşad Şabıyevin sözlərinə görə, hadisə ilə bağlı Vüqarın dostunun verdiyi ilkin məlumatlarla sonradan ortaya çıxan faktlar arasında ziddiyyət yaranıb.
 

"Hadisə yerinə gələndə Vüqarın dostu Təvəkküllə danışdım. Dedi ki, paltarlarını geyiniblər, getməyə hazırlaşırdılar, ayaqları qumlu olduğu üçün suya girib təmizləmək istəyiblər. Bir anlıq arxaya çevriləndə isə Vüqarın olmadığını görüb, səslənsə də, cavab ala bilməyib. Dediyinə görə, su dizlərinə belə çatmırdı. Sonradan məlum oldu ki, Vüqarın paltarları maşında imiş. Dedim, Təvəkkül, yalan danışma, nə olubsa, düzünü de ki, ona uyğun hərəkət edək. Axırda dedi ki, başımı da kəssəniz, başqa bir şey deyən deyiləm", - deyə o əlavə edib.

 

Qeyd edək ki, hadisədən təxminən iki gün keçməsinə baxmayaraq, Vüqarın cəsədi hələ də tapılmayıb. Aidiyyəti qurumlardan verilən məlumata görə, 21 yaşlı gəncin axtarışları hazırda davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO