Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Hazırda oxunan: Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

620368

Qətər kral ailəsinin ABŞ-yə hədiyyə etdiyi “Boeing 747-8 VIP” təyyarəsi ölkəyə gətirilərək Merilend ştatında yerləşən Endryus Birgə Hava Bazasında nümayiş olunub.

Bizim.Media xəbər verir ki, sözügedən hava gəmisi ABŞ Prezidenti Donald Trampın istifadəsi üçün müvəqqəti “Air Force One” funksiyasını yerinə yetirəcək.

Təqdimat zamanı təyyarənin texniki və komfort imkanları ictimaiyyətə göstərilib. “Uçan saray” kimi tanınan “Boeing 747-8 VIP”in təxminən 400 milyon dollar dəyərində olduğu bildirilir.

Bununla yanaşı, onun prezident standartlarına uyğunlaşdırılması üçün həyata keçirilən yenidənqurma və təchizat işlərinin 900 milyon dollardan 1 milyard dollara qədər vəsait tələb etdiyi qeyd olunur.
 

Məlumata görə, təyyarədə geniş yataq otağı, qəbul və qonaq salonları, iclas otaqları, iş kabinetləri, həmçinin yüksək komfortlu istirahət məkanları yaradılıb. Bundan əlavə, hava gəmisinin prezident səviyyəsində təhlükəsizlik, müdafiə və rabitə sistemləri ilə təchiz ediləcəyi vurğulanır.


ABŞ rəhbərliyi yeni nəsil “Air Force One” təyyarələri istismara verilənədək bu hava gəmisindən müvəqqəti alternativ kimi yararlanmağı nəzərdə tutur. Bildirilir ki, qərar “Boeing” şirkətinin yeni prezident təyyarələrinin hazırlanması prosesində yaranan gecikmələr səbəbindən qəbul edilib.

Gözləntilərə görə, təyyarə yaxın vaxtlarda rəsmi prezident aviasiya parkının tərkibinə daxil ediləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO