Tanınmış həkim Əliosman Qədimbəyli Türkiyədə iştirak etdiyi beynəlxalq tibbi təlimlə bağlı paylaşımı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, O, İstanbulda fəaliyyət göstərən Mərmərə Universitetinin Əməliyyat və Təlim Mərkəzindən görüntülər paylaşıb.
Həkimin sözlərinə görə, təlimlər zamanı Avropanın müxtəlif ölkələrindən gətirilən anatomik materiallardan istifadə olunur.
Qədimbəyli qeyd edib ki, baş və boyun cərrahiyyəsi üzrə keçirilən praktiki məşğələlərdə istifadə edilən bir materialın dəyəri 4500 dollar, yəni təxminən 7650 manat təşkil edir.
Həmin paylaşımı təqdim edirik:
Bizim.Media



































































































