Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində 118A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə iyunun 7-də saat 21:22-də qeydə alınıb.
Belə ki, 118A nömrəli marşrut avtobusu geriyə doğru manevr edərkən yol kənarındakı yarımçıq tikiliyə çırpılıb.
Hadisə zamanı avtobusun tikilinin konstruksiyasına dəydiyi görünür.
Ətraflı videogörüntünü təqdim edirik: (Oxu.az)
Bizim.Media







































































































