Ürəyi dayanan professor həyata belə qaytarıldı - ANBAAN GÖRÜNTÜLƏR

Ürəyi dayanan professor həyata belə qaytarıldı - ANBAAN GÖRÜNTÜLƏR

Hazırda oxunan: Ürəyi dayanan professor həyata belə qaytarıldı - ANBAAN GÖRÜNTÜLƏR
614474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

70 yaşlı professor Hikmət Əlizadə iş yerində özünü narahat hiss etdikdən sonra Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım xidmətinə müraciət edib.

Bizim.Media "yenisabah.az”a istinadən xəbər verir ki, hadisə yerinə çatdırılan təcili tibbi yardım briqadası tərəfindən pasiyentdə döş qəfəsində güclü ağrı, arterial təzyiqin enməsi və ürək döyüntülərinin sürətlənməsi müşahidə olunub.

Mərkəzi Gömrük Hospitalına çatdırılarkən Hikmət Əlizadənin ürəyi dayanıb və dərhal təxirəsalınmaz reanimasiya tədbirlərinə başlanılıb.
 

Təxminən 20-30 dəqiqə davam edən intensiv ürək masajı və reanimasiya tədbirləri nəticəsində pasiyentin həyati göstəricilərini bərpa etmək mümkün olub.


Mərkəzi Gömrük Hospitalının rəisi -Baş həkimi Bəxtiyar Musayevin rəhbərliyi, Kardiologiya şöbəsinin rəisi, invaziv-kardioloq İlqar Tahiroğlu, Əməliyyatxana, Reanimasiya və Anesteziologiya şöbəsinin anestezioloq-reanimatoloqlar Xəyal Məmmədov, Günel Cəfərova, Təcili tibbi yardım şöbəsinin rəisi, təcili tibbi yardım həkimi Füzuli Abışov və hospitalın peşəkar tibbi heyətinin operativ müdaxiləsi nəticəsində pasiyentə dərhal yüksək ixtisaslı tibbi yardım göstərilib.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO