Filippin parlamentində silahlı insident – ANBAAN VİDEO

Filippin parlamentində silahlı insident – ANBAAN VİDEO

Hazırda oxunan: Filippin parlamentində silahlı insident – ANBAAN VİDEO

612952

Filippin Senatında atışma baş verib.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə yerində olan şahidlər senat binasını atəş səslərinin bürüdüyünü və insanların təhlükəsiz yerə sığınmalarına dair göstəriş verildiyini bildirib.
 

Atışmadan öncə Senatın binasına hərbi uniformada olan 10-dan çox şəxs daxil olub. Onların bəzilərinin üzərində odlu silahlar olub. 


İddialara görə atışma, senator Bato dela Rosa ilə əlaqəlidir. 

Qeyd edək ki, BCM Rosanı insanlığa qarşı cinayətlərdə və minlərlə məhkəmədənkənar qətldə iştirakda ittiham edir. Məhkəmə əvvəllər onun həbsi üçün order verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO