Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO

Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO

Hazırda oxunan: Bərdədə ƏMƏLİYYAT: Tutulanlar var – FOTO/VİDEO

610488

Bərdədə 8 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar.

Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.
 

Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.


Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO