Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Qazaxıstanın Aktobe vilayətində qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Yerli sakinlərin sözlərinə görə, hadisə sərhəd xəttinə yaxın yerləşən Alimbetovka kəndi ərazisində qeydə alınıb.
Sakinlər səhər saat təxminən 08:30 radələrində PUA-nın yerə çırpılması nəticəsində güclü səs eşitdiklərini bildiriblər.
Hazırda əraziyə Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırma aparılır.
Bizim.Media


































































































