İranın hərbi bazaları belə bombalandı – VİDEO

İranın hərbi bazaları belə bombalandı – VİDEO

Hazırda oxunan: İranın hərbi bazaları belə bombalandı – VİDEO
601315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrail Tehran, Şiraz və Əhvazdakı bir sıra hərbi obyektlərə, o cümlədən ballistik raket istehsalı və saxlanması üzrə yeraltı anbara bir neçə mərhələdə aviazərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.
 

Qeyd olunur ki, Şirazdakı yeraltı obyekt İran tərəfindən İsrailə doğru atılması nəzərdə tutulan ballistik raketlərin istehsalı və saxlanması üçün istifadə edilib.


İsrail hərbçiləri Tehranda İranın hava hücumundan müdafiə (HHM) sisteminə məxsus bir neçə obyektə, "əsas bazaya", İranın müxtəlif silahların, o cümlədən HHM sistemləri və ballistik raket komponentlərinin istehsalı üçün istifadə etdiyi obyektlərə zərbələr endirib.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib.

Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO