Ramanada zırpaketin gizli satıldığı anbar aşkarlanıb - VİDEO

Ramanada zırpaketin gizli satıldığı anbar aşkarlanıb - VİDEO

Hazırda oxunan: Ramanada zırpaketin gizli satıldığı anbar aşkarlanıb - VİDEO
587963
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabunçu rayonunda 803 qutu pirotexniki vasitə aşkarlanıb.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramana qəsəbəsi Şuşa şəhərciyində pirotexniki vasitələrin gizli şəkildə satıldığı anbar aşkarlanıb.

Tədbir zamanı pirotexniki və tezalışan maddələrin satışını təşkil edən 38 yaşlı N.Şükürov saxlanılıb.
 

Ondan 803 qutu səs və 6372 ədəd işıq effekti yaradan pirotexniki vasitə aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.


Qeyd edilib ki, ötən həftə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı həyata keçirilən tədbirlər zamanı 25 fakt aşkarlanıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO