Özünü FHN polkovniki kimi təqdim edən Rasimin daha bir fırıldağı da ÜZƏ ÇIXDI: Ukraynada nə edib? - VİDEO

Hazırda oxunan: Özünü FHN polkovniki kimi təqdim edən Rasimin daha bir fırıldağı da ÜZƏ ÇIXDI: Ukraynada nə edib? - VİDEO

54028

Ötən gün mediada Rasim Əhmədli adlı Azərbaycan vətəndaşının özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşdüyü, ona hətta FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim etdiyi barədə məlumat vermişdik. 

FHN isə açıqlama yayaraq belə bir şəxsin qurumun əməkdaşı olmadığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə bu əməlinin Rasim Əhmədlinin ilk fırıldağı olmadığı barədə məlumatlar paylaşılıb.

Belə ki, o, əvvəlcə Ukraynada özünü İkinci Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edib və qazi adından istifadə edərək yüksək pul mükafatları, bahalı hədiyyələr əldə edərək, ölkəni tərk edib.
Türkiyədə (Bursa şəhərində) də eyni fırıldağa əl atan və özünü 2021-ci ilin iyulunda bu ölkədə baş verən yanğınların söndürülməsində aktiv iştirak edən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin komandiri kimi təqdim edən Rasim Əhmədli nəticədə Türkiyənin Marmaris bələdiyyəsi tərəfindən təşkil edilən tədbirdə fəxri fərmanla təltif edilməyə nail ola bilib.

Onun FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmadığı üzə çıxması Türkiyədə qalmaqala səbəb olub. Türkiyə mediası Rasimin dırnaqarası "qəhrəman"lığından yazır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO