“Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır” – Putin Qarabağdan SÖZ AÇDI - VİDEO

Hazırda oxunan: “Hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır” – Putin Qarabağdan SÖZ AÇDI - VİDEO

41731

“Bizim ölkənin aktiv yardımı ilə konflikti dayandırmaq mümkün oldu və Rusiyanın sülhməramlı kontingenti barışıq rejiminin qarantıdır. Bununla yanaşı humanitar yüklərin çatdırılması işi aparılır, ərazilər minalardan təmizlənir. Diqqətini ona çəkmək istərdim ki, proses hər iki tərəfdən, hər iki zonada gedir. Yəni, həm Azərbaycan, həm də Ermənistan ərazisində. Həyat təminatı sistemləri bərpa olunur, əhaliyə tibbi yardım göstərilir. Onminlərlə qaçqın öz evlərinə qayıdıb. 52 mindən çox adam mənzillərinə geri dönüb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyanın lideri Vladimir Putin MDB Dövlət Başçıları Şurasının onlayn iclasında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı – TAM VİDEO


Putinin fikrincə, bütün bunlar onu göstərir ki, “hətta pis sülh yaxşı müharibədən daha yaxşıdır və s.”

Vladimir Putin MDB-nin əsas rolunun da məhz sülh şəraitində əməkdaşlıq və üzv ölkələrin inkişafı olduğunu da bildirdi.

Videonu təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO