Lazanın yolu lil və palçıqdan təmizlənir – VİDEO

Lazanın yolu lil və palçıqdan təmizlənir – VİDEO

Hazırda oxunan: Lazanın yolu lil və palçıqdan təmizlənir – VİDEO
273743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün gecə saatlarından etibarən Qusar rayonunun Laza kəndi ərazisində dağlıq sahələrdən kəndə doğru yenidən palçıq və lil axını müşahidə olunub. Nəticədə mövcud avtomobil yolunun hərəkət hissəsi çirklənib, bu da nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklərə səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
 

Bildirilib ki, mövcud vəziyyətlə bağlı dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikası və canlı qüvvəsi əraziyə cəlb edilib.


Görülən operativ tədbirlər nəticəsində yolun hərəkət hissəsi palçıq və lil kütləsindən təmizlənib, nəqliyyatın hərəkəti qismən bərpa olunub.

Hazırda ərazidə təmizləmə və bərpa işləri intensiv şəkildə davam etdirilir.

Xatırladaq ki, son günlər ərzində dağlıq ərazilərdən gələn lil və palçıq axını nəticəsində yolun hərəkət hissəsinin çirklənməsi halları mütəmadi olaraq müşahidə olunur. Lakin hər bir halda agentliyin əraziyə cəlb olunmuş texnikası və əməkdaşları tərəfindən operativ müdaxilə həyata keçirilir və yol ilə hərəkət tez bir zamanda bərpa olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO